Müəllimlər pandemiya ilə bağlı hərəkətə keçdi – Azərbaycanda

Oxunma sayı: 484
5-07-2020, 20:53

Müəllimlər pandemiya ilə bağlı hərəkətə keçdi – Azərbaycanda
Sirr deyil ki, dünyanı ağuşuna alan pandemiya ilə mübarizə ölkəmizdə daha ciddi tədbirlərlə müşahidə olunur. İndi virusla mübarizədə “Biz birlikdə güclüyük!” şüarı ilə həmrəylik ən vacib amilə çevrilib.

Artıq Azərbaycan müəllimləri də “Biz müəllimlər varıq!” deyərək səhiyyədə onların qüvvələrindən istifadə olunmasını təklif edirlər.

“Damla” nəşriyyatının direktoru Kamil Məmmədovun təşəbbüsü ilə müəllimlər tərəfindən kampaniyaya start verilib. Belə ki, K.Məmmədovun özünün Facebook səhifəsindəki aşagıdakı paylaşımından sonra müəllimlər Səhiyyə Nazirliyi və TƏBİB-ə müraciət edərək, onlara tibbi təlimlər keçilməsini və lazım gələrsə, xəstələrin müalicəsində xidmətlərində istifadə olunmasını təklif edirlər.

“Salam hörmətli həmkarlarım. 4 iyul tarixində Facebook səhifəmdən bir video paylaşaraq, Azərbaycan Səhiyyə Nazirliyi və TƏBİB`ə müraciət etmişdim. Video müraciətimdə deyirdim ki, əgər Azərbaycanda Covid-19 xəstələrinə qayğı göstərə biləcək tibb işçisi çatışmırsa mən varam, BİZ MÜƏLLİMLƏR VARIQ!

Paylaş
Xəbər lentİ