Çimərliyə getməyə icazə veriləcək? - AÇIQLAMA

Oxunma sayı: 360
18-07-2020, 06:25

Çimərliyə getməyə icazə veriləcək? - AÇIQLAMA
Karantin rejimi dövründə çimərliklərdən istifadə ilə bağlı məsələyə baxılacaq.

Arasdırma.info xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva AzTV-nin "Hədəf" verilişində deyib.

TƏBİB rəsmisi bildirib ki, bununla bağlı xüsusi monitorinq qrupları yaradılacaq: "Burada Bakı şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri olacaq. Onlar çimərliklərdə monitorinqlər aparacaqlar. Xüsusi qaydalara riayət olunduğu halda, çimərliklərdən istifadə etmək olarmı, bunun üzərində düşünüləcək".

Paylaş
Xəbər lentİ