Bazarstor marketlərdə saxta endirim aksiyaları.

Oxunma sayı: 534
3-08-2020, 21:09

Bazarstor marketlərdə saxta endirim aksiyaları.
Qurban bayramı ərəfəsində bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə marketlərdə saxta endirim aksiyaları barədə,eləcə də Bavo,Araz və Bazarstore kimi nəhəng marketlər şəbəkələrindən haqlı şikayətlər qeyd olunurdu.
Bu şikayətlərin əksəriyyəti,qiymətlə bağlıdır.Yəni rəflərdəki məhsulun qiyməti bilərəkdən aşağı qiymətə yazılır,lakin kassada yüksək qiymətə vurulur.
Ötən gün redaksiyamızın əməkdaşı bunu yoxlamaq üçün Bazarstorun Yasamal filialında olub.Təsəvvür edin ki,ona yaxın endirimli məhsulun 4 -ü saxta endirimlidir.Məsələn,Pantin şampunu rəfdəki qiyməti 4.75,kassada vurulur 6.75,Feyri qabyuyan maye rəfdəki qiymət 3.99,kassada 4.75,
Bu kimi məhsulların sayı kifayət qədərdir.İstənilən adam kassanın yanında 5 dəqiqə durarsa,alıcıların aldanıldığını görə bilər.Narazılıq bildirdikdən sonra marketin əməkdaşları guya heç nədən xəbəri yoxmuş kimi qiymətə baxır və həmən qiymət kağızlarını yığışdırır.Lakin 15 dəqiqə sonra yenidən həmin qiymət kağızları yerinə yapışdırılır.Bu hallar eyni zamanda OBA marketlər şəbəkəsində də mövcuddur.Alıcıların addım başı aldanılması adi hala çevrilib.Ona görə də vətəndaşlara tövsiyyə edirik ki,kassadan ayrılmadan qiymətlərə baxsınlar.

Paylaş
Xəbər lentİ