Türkiyədəki bütün evlilik proqramları bağlanır

Oxunma sayı: 837
13-03-2017, 13:42

Türkiyədəki bütün evlilik proqramları bağlanır

Türkiyədəki bütün evlilik proqramları bağlanır

Türkiyə telekanallarında yayımlanan evlilik proqramları bağlanır.

arasdirma.info-ın məlumatına görə, bu haqda "Milliyet" qəzetinin yazarı Ali Eyüboğlu xəbər verib. Türkiyənin ali televiziya qurumu RTÜK-ə ən çox şikayət olunan bu proqramların tamamilə efirdən uzaqlaşdırılması üçün qanun hökmündə qərarnamə hazırlanır.

Hazırlıq bitəndən sonra qərarnamə parlamentə göndəriləcək. RTÜK-ün qaydalarında dəyişiklik ediləcək və qanun rəsmi qəzetdə yer aldıqdan dərhal sonra tətbiq olunacaq. Bu gedişlə yeni mövsümdə evlilik proqramları olmayacaq.

Qeyd edək ki, hazırda "ATV"də Esra Erol, "Kanal D"də "Kısmetse Olur", "Show TV"də "Evleneceksen Gel", "Star TV"də "Zuhal Topalla", "Fox TV" "En İyi Benim" adlı evlilik proqramları yayımlanır.

Paylaş
Xəbər lentİ