Bu gün “Maşın”dan üç iştirakçı çıxa bilər - YENİLƏNİB

Oxunma sayı: 544
5-10-2019, 23:31

Bu gün “Maşın”dan üç iştirakçı çıxa bilər - YENİLƏNİB
Söz ustadı Aqşin Fateh şounun gedişatında qalmaqallı açıqlama edib. Onun sözlərinə görə, Niyam Səlami səs toplayıb, oyunda qalsa, elə bir açıqlama verəcək ki burada üç iştirakçı oyundan çıxacaq.

Aqşin onların şounun qaydalarını pozduğunu söyləyib. Bu sözlərdən heyrətlənən şounun aparıcısı Murad Dadaşov təəccübdən bir anlıq donub.

Dadaşov reklam fasiləsi zamanı Aqşinin verdiyi bu anonsu tam olaraq açıqlamasını tələb edib. Niyam Səlami isə Aqşindən hər bir yalan və həqiqəti əks etdirməyən fikir gözlədiyini dilə gətirib.

22:54

Başqaları kimi ağlayıb, dil-ağız edib tamaşaçılardan səs istəmirəm. Niyam bilsin ki, Kərimin oyundan çıxmağında Faytonçu Nazimin əli olub. Mən açıq oyun oynamağa gəlmişəm.

Bu sözləri şounun gedişatında Aqşin Fateh dilə gətirib.

Müğənni Ayan Babakişiyeva da öz mövqeyini bildirib:

“Nədənsə Aqşinlə mən anlaşa bilmirəm. Biz bir-birimizi başa düşə bilmirik. Mən bu gün Niyama dəstəyəm”.

Müğənni Türkan Vəlizadə isə açıq oyundan qaçıb:

“Oyun başlayandan hamı üstümə düşdü. Ona görə neytrallığımı saxlamaq istəyirəm”.

Müğənni Aysun İsmayılova isə açıq dəstək bildirib:

“Aqşin Fateh və Qurd ilə yaxın dostam. Aqşinlə ailəvi dostuq. Bunu öncədən Niyama da söyləmişəm, o da bunu anlayaraq, normal qarşılayıb”.

Müğənni Ramal İsrafilov isə fikrini zarafatla bildirib:

“İstəyirəm ki, hamı getsin, mən qalım (gülür). Aqşini burada tanımışam, amma Niyam Səlamini uzun illərdir tanıyıram. Mən Niyama dəstəyəm və oyunda qalmasını istəyirəm”.

22:30

Hər şey Aqşinin planı ilə gedirdi. Amma o plan artıq dağıldı. Dostum Kərim Abbasovu səs-küylə yola saldılar. Bu isə mənə çox pis təsir etdi. Hədəfim isə Aqşin Fateh ilə Nazim Pişyaridir. İki nəfərin arasında qalmışam. Digər iştirakçılar isə kef etsinlər.

Bu sözləri səsverməyə çıxan Niyam Səlami dilə gətirib.

Bu gün “Maşın”dan üç iştirakçı çıxa bilər - YENİLƏNİB
22:17

Ölkənin ən bahalı telelayihəsi “Maşın” realiti-şounun “Maskarad” adlı sürətinin sayca beşinci buraxılışı başlayıb.

Cahantv.az xəbər verir ki, 14 məşhurun avtomobil uğrunda apardığı gərgin mübarizə davam edir. Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov ATV-nin canlı efirində səsvermənin nəticələrini açıqlayıb.

Oyunda öz mövqeyi ilə seçilən müğənni Niyam Salami şəkili daha çox qutuya atıldığından, məhz o, şouda “qalmaq” üçün tribunaya çıxaraq tamaşaçılardan səs istəyib:

“Düşünürdüm ki, ya Nazim Pişiyarı, ya da Aqşin Fateh tribunaya çıxacaq. Mən Masallının Ərkivan kəndində doğulmuşam və yalnız oradan səs gözləyirəm”.

Niyam şou ərzində, yəni bir azdan hədəfinin kimliyini açıqlayacağını dilə gətirib.

Paylaş
Xəbər lentİ