Arasdirma.info

Rəqsanə göz yaşları içində koronavirusdan ölən işçisindən danışdı

6-05-2020, 21:31

Rəqsanə göz yaşları içində koronavirusdan ölən işçisindən danışdı
Moskvada yaşayan müğənni Rəqsanə İsmayılovanın restoranında çalışan 47 yaşlı işçisi koronavirusdan dünyasını dəyişib.

Arasdırma.info xəbər verir ki, Rəqsanə İsmayılova bu haqda göz yaşı içində məlumat verib.

O, Mehparə adlı xanımın on yaşında övladı olduğunu deyib: "Restoranımda aşpaz işləyirdi. 47 yaşı vardı, adı da Mehparə idi. Balakən rayonundandır, övladları Bakıda anasının yanındadır. Başqa xəstəliyi yox idi. On yaşında balası var. Allah rəhmət eləsin.

İnanmıram ki, işdə koronavirusa yoluxsun. Çünki işlədiyi yer balaca otaq idi və orada başqa adam görmürdü. Bu, mümkün deyil.

Onun yaşadığı evdə dörd-beş adam qalırdı. Ola bilsin ki, orada tutub. 20-25 gün idi ki, ağrıyırdı, işə gəlmirdi.

Sonra dərmanlar istədi, ona dedim ki, getmə, həkim çağırım. Dedi ki, yox gedirəm. Dərmanlarını da götürüb, çıxıb getdi. Yenidən zəng elədi, dərman göndərdik. Sonra nə qədər zəng elədik, cavab vermədi. Biz də onun yaşadığı yeri tanımırıq. Üç gün xəstəxanada qalıb. Telefonunu və çantasını taksi sürücüsünə verib ki, bizə gətirsinlər".

Müğənni özünün və işçilərinin koronavirusa görə analiz verdiyini açıqlayıb: "Hər birimiz analiz vermişik. Bu xanım da analizlərdən keçmişdi, heç nə çıxmamışdı. Hardan və necə koronavirusa tutuldu, bilmirəm".Teleqraf.com

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN