Azərbaycanda həbsdə olan gənc güləşçi azadlığa buraxılıb

Oxunma sayı: 203
18-11-2021, 22:01

Azərbaycanda həbsdə olan gənc güləşçi azadlığa buraxılıb
Azərbaycanda yunan-Roma güləşçisi Fərid Zeynalabdinov azadlığa buraxılıb.

Arasdırma.info xəbər verir ki, bu barədə onun vəkili Aqil Layic məlumat verib.

O bildirib ki, F.Zeynalabdinov bir neçə gün əvvəl Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən narkotikə görə saxlanılıb: “Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri satma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra Fərid Zeynalabdinovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək onun azadlığa buraxılması ilə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə müraciətimizi təmin etməyib”.

Vəkil deyib ki, birinci instansiya məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə müraciət edilib: “Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə müraciətimiz təmin olundu və Fərid Zeynalabdinov ev dustaqlığına buraxıldı. //offsideplus

Paylaş
Xəbər lentİ