Bakı metrosunda cibgir peyda oldu: Qadınların telefonlarını oğurlayır

Oxunma sayı: 210
21-11-2021, 02:18

Bakı metrosunda cibgir peyda oldu: Qadınların telefonlarını oğurlayır
Bakı metrosunun “28 May” stansiyasında oğurluq hadisələri baş verib.

Arasdırma.info xəbər verir ki, məlumata görə, həmin stansiyada Balakən sakini C.Şərifovanın cibindən 430 manatlıq mobil telefon oğurlanıb. Hadisə noyabrın 18-də saat 15:00 radələrində baş verib.

Təxminən 3 saat sonra isə “28 May” stansiyasında Bakı şəhər sakini N.Əliyevanın cibindən telefon oğurlanıb.

Hər iki fakt üzrə araşdırma aparılır.//Cahantv.az

Paylaş
Xəbər lentİ