Mədəniyyət işçisi koronavirusdan vəfat etdi - FOTO

Oxunma sayı: 202
4-12-2021, 23:57

Mədəniyyət işçisi  koronavirusdan vəfat etdi - FOTO
“İçərişəhər” Muzey Mərkəzinin direktor müşaviri Gülnar Əliyeva koronavirusdan virusundan vəfat edib.

Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Qeyd edək ki, Gülnar Ələkbər qızı Əliyeva 1945-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildən 1994-cü ilədək “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq-muzeyində çalışıb. Əmək fəaliyyətinə muzey baxıcısı kimi başlamış Gülnar Əliyeva, qısa bir müddət ərzində bələdçi, kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifəsinə ucalıb.

2008-ci ildən təcrübəli muzeyşünas kimi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsinə işə qəbul edilib.

O, 30-adək məqalənin, ekspozisiya planlarının, tematik inkişaf, perspektiv planların müəllifi olub. 1975-ci ildə Əmək Veteranı medalı ilə təltif edilib, 2014-cü ildə Əməkdar Mədəniyyət işçisi adına layiq görülüb.//Cahantv.az

Paylaş
Xəbər lentİ