Əməkdar artist vəfat etdi

Oxunma sayı: 198
21-12-2021, 00:41

Əməkdar artist vəfat etdi
Gənc tamaşaçılar teatrının aktyoru, Əməkdar artist Elşən Çarhanlı vəfat edib.

Arasdırma.info xəbər verir ki, bu barədə APA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aktyor bir neçə saat öncə qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Elşən Çarhanlı 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib.

Həmin ildən təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb.

1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. E.Çarhanlı 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru idi.//Axsam.az

Paylaş
Xəbər lentİ