Eldar Mahmudovun oğlu istefa verdi - FOTOFAKT

Oxunma sayı: 103
11-07-2022, 22:10

Eldar Mahmudovun oğlu istefa verdi - FOTOFAKT
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov ötən ilin 13 dekabr tarixində Böyük Britaniyanın paytaxtı London şəhərində - “The Old Rectory Church Street, Weybridge, Surrey KT13 8DE” ünvanında yerləşən “Britannia Group Ip Holdings Limited” şirkətinin direktoru təyin olunub.

Arasdırma.info Yeniavaz.coma istinadən xəbər verir ki, Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara görə,Anar Mahmudov 6 aydan sonra – bu ilin 21 iyun tarixində “Britannia Group Ip Holdings Limited” şirkətinin direktoru vəzifəsindən istefa verib.

Onu da bildirək ki, Anar Mahmudov daha əvvəl Londonda qeydiyyatda olan “Mea Capital Limited” şirkətinin də direktoru olub. Bu şirkət 6 oktyabr 2020-ci il tarixində bağlanıb.

Paylaş
Xəbər lentİ