"Bandotdel"dən yazdı, polisə çağırıldı: "Xahiş edirəm, postları silin..."

Oxunma sayı: 102
30-04-2023, 08:34


"Bandotdel"dən yazdı, polisə çağırıldı: "Xahiş edirəm, postları silin..."
Paytaxt sakini Rafael Bayramov Feysbukda qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparıldığını, zorakılığa məruz qaldığını və hədələnərək ondan 5 min manat alındığını yazıb. Daha sonra isə Daxili İşlər Nazirliyi məlumat yayaraq, iddiaları yalanlayıb.
Arasdırma.info xəbər verir ki, R. Bayramov yenidən Feysbukda yazıb və həqiqətə uyğun olmayan məlumatlar yaydığını bildirib.
“Mən dünən 28 apreldə BMCMİ-dən narkotik çəkdiyim şübhəsi ilə dəvət olunaraq izahatımın alınması və sərbəst buraxılmağım haqqında post paylaşmışam. Lakin həmin zaman əsəbi olub sözügedən əməkdaşlardan şikayətlənmişdim. Həqiqətə uyğun olmayan yazımı bir neçə nəfərin paylaşdığını görmüşəm. Xahiş edirəm, mənim əsəbi olduğumu nəzərə alın və paylaşılan postları silin. Çünki həqiqət olmayan bəzi cümlələrlə özümü haqsız vəziyyətə salmışam. Belə ki, nə məni döyən, nə də məndən pul istəyən olub. Sadəcə yazdığım hallar baş verməsin deyə belə bir yazı paylaşmışam”.

Qeyd edək ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumatda R.Bayramovun narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğu üçün aprelin 28-də polis orqanına dəvət olunduğu bildirilib.
"Onunla profilaktiki söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.
O, məlum paylaşımla bağlı bu gün yenidən polis orqanına dəvət edilib, həmin paylaşımı əsəbiləşib qərəzli yazdığını, hazırda şikayətinin olmadığını bildirib".//yeniavaz

"Bandotdel"dən yazdı, polisə çağırıldı: "Xahiş edirəm, postları silin..."

Paylaş
Xəbər lentİ