Şəki sakinləri qorxu içində: Sahibsiz itlər dəhşət saçır - VİDEO

Oxunma sayı: 51
25-12-2023, 10:04

Şəki sakinləri qorxu içində: Sahibsiz itlər dəhşət saçır - VİDEO
Sahibsiz itlər 3 nəfərə hücum edərək xəsarət yetirib.



Arasdırma.info Xəzər TV-yə istinadən bildirir ki, hadisələr Şəkidə baş verib. Rayonun Təpəcənnət kənd sakini 18 yaşlı Səbinə Eyvazova, Yeni Cələbixan qəsəbə sakini olan 14 yaşlı yeniyetmə və Baqqal kənd sakini 27 yaşlı İftixar Hacızadəyə sahibsiz itlər hücum edərək dişləyiblər.



Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada onlara lazımi tibbi yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Rayon sakinləri də dəfələrlə sahibsiz itlərin hücumuna məruz qaldıqlarını bildiriblər.



Məsələyə Şəki şəhər İcra Hakimiyyətindən də münasibət bildirilib.

Paylaş
Xəbər lentİ