“Zirə” Şərifə məğlub oldu,Avropa Liqası ilə vidalaşdı

Oxunma sayı: 67
19-07-2024, 01:27

“Zirə” Şərifə məğlub oldu,Avropa Liqası ilə vidalaşdı
UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələn “Zirə” və Moldovanın “Şerif” komandaları arasındakı cavab oyunu başa çatıb.


Arasdırma.info xəbər verir ki, Mərdəkanda yerləşən “Dalğa Arena”da keçirilən görüşün 120 dəqiqəsi rəqibin 2:1 hesablı üstünlüyü ilə bitdiyi üçün penaltilər seriyası oynanılıb.



Burada daha dəqiq oynayan “Şerif” növbəti mərhələyə vəsiqə qazanıb - 5:4. Komandalar arasında baş tutan ilk görüş “Zirə”nin 1:0 hesablı üstünlüyü ilə bitmişdi. “Zirə” mübarizəsini UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək. Qartalların rəqibi Slovakiya təmsilçisi “Dunayska Ştreda” olacaq.

Paylaş
Xəbər lentİ