Beş yaşlı uşaq körpəni öldürdü

Oxunma sayı: 40
25-07-2024, 07:50

Beş yaşlı uşaq körpəni öldürdü
Rusiyanın Çelyabinsk vilayətində başı sınıq halda tapılan körpənin ölüm səbəbi məlum olub.

Arasdırma.info yerli mediaya istinadla xəbər verir ki, körpənin beş yaşlı serebral iflic olan uşaq tərəfindən yerə atılıb öldürüldüyü ehtimal olunur.

Bildirilir ki, ölən uşağın anası rəfiqəsinin evinə qonaq gəlib. Spirtli içki içən qadınlar daha sonra yatıblar. Ehtimal olunur ki, bu zaman qadının rəfiqəsinin 5 yaşlı oğlu uşağı yerə atıb. Körpə səhər saatlarında beyin travması ilə ölü tapılıb.

Paylaş
Xəbər lentİ