Bakıda bəzi avtomagistrallarda sürət həddi endirilib

Oxunma sayı: 538
23-08-2020, 09:19

Bakıda bəzi avtomagistrallarda sürət həddi endirilib
Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - hava limanı - Mərdəkan və Zığ-Beton yolu - hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bakı Nəqliyyat Agentliyindən Open.az-a bildirilib ki, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır. Sürücülərə diqqətli olmaları, yağışlı hava şəraitini nəzərə almaları və sürət həddini aşmamaları tövsiyə edilir.

Paylaş
Xəbər lentİ