Vəkillər Kollegiyası Rəyasət Heyətinin sonuncu iclasında bir neçə vəkillə bağlı şikayətlərə baxılıb.
Arasdırma.info xəbər verir ki, Baş prokurorluğun vəkil Zibeydə Sadıqova və Nemət Kərimlinin vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı təqdimatı rədd edilib.
Lakin vəkil Janna Bağırova ilə bağlı şikayətlər araşdırıldıqdan sonra təmin edilib. J.Bağırovanın VK üzvlüyünə xitam verilməsi haqda qərar çıxarılıb.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70