Əhmədzadənin Yusif Ələsgərova gücü çatmır.Kanallar zibil içindədir.

Oxunma sayı: 614
3-09-2020, 23:46

Əhmədzadənin  Yusif Ələsgərova gücü çatmır.Kanallar zibil içindədir.
Əhməd Əhmədzadənin rəhbəri olduğu bu qurumun yerli idarə və müəssisələri də büdcədən ayrılan pullar hesabına bu illər ərzində xeyli varlanıblar. Bunu bir müddət əvvəl ləğv edilmiş Dövlət Satınalmalar Agentliyinin yaydığı məlumatlardan da aydın şəkildə sezmək mümkündür. Meliorasiya və Su Təsərrüfatı QSC-nin nəzdində fəaliyyət göstərən və rayonun əkin sahələrinin suvarılması məsuliyyətini üzərinə götürmüş Abşeron Suvarma Sistemləri İdarəsində sözün həqiqi mənasında dərəbəylik hökm sürür. İdarənin rəisi Yusif Ələsgərovun rəhbərliyi altında büdcədən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənmədiyini isə bilməyən yoxdur.
İşin amması ondan ibarətdir ki, idarəyə rəhbərlik edən Yusif Ələsgərovun heç kimin sözünə qulaq asmamaqla yanaşı, həm də intriqabaz biri kimi tanınmasıdır. Onun ümumilikdə götürdükdə Əhməd Əhmədzadəyə də əhəmiyyət vermədiyi deyilir. Səbəbi isə başqadır. Abşeron Suvarma Sistemləri İdarəsininin rəisi Y.Ələsgərovla bağlı Arasdırma.info olaraq media üzərindən apardığımız araşdırmalar zamanı ilginc faktlarla rastlaşdıq ki, onların bir hissəsini diqqətinizə çatdırırıq.
Əhmədzadənin  Yusif Ələsgərova gücü çatmır.Kanallar zibil içindədir.
Korrupsiya və suyla axan milyonlar
Daxil olan məlumata görə, idarənin rəisi Yusif Əsgərov külli miqdarda dövlətə ziyan vurma və dövlət əmlakını mənimsəməkdə günahlandırılır. Onunla bağlı yaxın zamanlarda araşdırmaların başlanılmasına qərar veriləcək. Məlumatda deyilir ki, indiyə qədər Abşeron SSİ-də xeyli neqativ hal qeydə alınıb. Amma kimlərsə Yusif Əsgərovu qoruya bilib. Belə ki, göstərilən SSİ-nin rəisi Yusif Ələsgərov bütün vasitələrdən istifadə edərək ” sükanı” saxlamağa nail olub.
Məlumata görə idarə rəisi Yusif Ələsgərovdan ASC rəhbəri Əhməd Əhmədzadəyə də dəfələrlə şikayət olunub. Mənbə bildirir ki, Abşeronda dövlət əmlakının mənimsənilməsi və ASC-nin yerli idarəsindəki qanunsuzluqlar məhz Yusif Əsgərovun şəxsi maraqlarından irəli gəlib.
Onun sözlərinə görə, rayonda fəaliyyət göstərən Samur-Abşeron magistral kanalların istismarı idarəsinə vaxtaşırı dövlət tərəfindən xeyli vəsait ayrılır. Bu vəsaitlər hesabına Yusif Ələsgərov bir neçə "obyekt" tikdirib.Obyektlər Sumqayıt şəhərində yerləşir.Gələn məqlədə həmin obyektlərin şəkilləri ilə təqdim edəcəyik.
Onu da qeyd etmək lazımdır ki,Dövlət başçısından “Azərsu” və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə xəbərdarlıq edib və çıxışlarının birində " Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır."deyə bu qurumlara səslənib.

“Azərsu” ilə “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti texniki-iqtisadi əsaslandırma olmadan, havadan götürdükləri rəqəmlərlə dövlət büdcəsindən pul istəyirlər. Bu barədə Prezident İlham Əliyevbir aybundan qabaq su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə deyib.
Yusif Ələsgərovun pulu aidiyyatı üzrə xərcləməməsi isə elə bu günlərsə kanalların çirkabla dolu olması və zibillənməsi sübutdur.Texnikaya ayrılmış yanacağı özü və müavini şəxsi avtomobilləri üçün istifadə etdikləri barədə məlumatlar da verilib.İdarənin arxasındakı qarajda saxılanılan ehtiyyat yanacaqların cip avtomobillərinə doldurduqlarını deyən şəxs bunu videogörüntüyə də aldığını qeyd edir.
Hazırda Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində (ASC) son zamanlar büdcə vəsaitlərindən istifadə zamanı və suvarma suyuna görə yığılan pulların mənimsənilməsi hallarına görə yoxlamalar gedir və məlumata görə,bir neçə vəzifəli şəxs məsuliyyətə cəlb olunub.
Dövlət başçısı bu əməllərin cəzasız qalmayacağını bəyan edib: “Ona görə mən vəziyyəti tam təhlil edərkən bu il aprel ayında xüsusi komissiya yaratmışam. Artıq komissiya üç aydır ki, işləyir və bu müddət ərzində gördüyü işlər, mövcud problemlərlə bağlı müntəzəm olaraq mənə məlumat verib. Komissiyanın rəhbəri Baş Nazirin müavini Şahin Mustafayevdir. Komissiyanın tərkibində nazirlər, aidiyyəti qurumların rəhbərləri fəaliyyət göstərirlər. Əgər bütün aidiyyəti qurumlar öz işini düzgün qursaydılar, bu komissiyaya ehtiyac olmayacaqdı. Necə ola bilər ki, üç ay ərzində işləyən komissiya bəlkə də son 20 il ərzində görülən, təhlil və təklif baxımından daha dəyərli, əhəmiyyətli nəticə hasil edib? Deməli, bunu etmək mümkündür. Sadəcə olaraq, heç kimin vecinə deyildi, biri-birinin üstünə yıxırdı. Ortalıqda da nə – quraqlıq. Bu problem iki ildir var və gələn il də ola bilər. İndi iqlim dəyişikliyi elə məsələdir ki, bunu bütün dünya müzakirə edir. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək. Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır”.
Ümid edirik ki,Yusif Ələsgərovun da fəaliyyəti araşdırılacaq və yeyintilərin və qanunsuzluqların üstü açılacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Əhmədzadənin  Yusif Ələsgərova gücü çatmır.Kanallar zibil içindədir.
Əhmədzadənin  Yusif Ələsgərova gücü çatmır.Kanallar zibil içindədir.

Paylaş
Xəbər lentİ