Füzulidə minaya düşən sabiq məmur və ailəsi olub

Oxunma sayı: 365
28-11-2020, 20:40

Füzulidə minaya düşən sabiq məmur və ailəsi olub
Xəbər verdiyimiz kimi, bu gün saat 15:20-də Azərbaycan vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.

Arasdırma.info qafqazinfo-ya istinadən xəbər verir ki, Şakir Hacıyev sabiq məmur olub. O, Füzuli Rayon İcra Hakimiyyəti başçısının, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

Əslən Füzuli rayonundan olan sabiq şəhər icra nümayəndəsi 1955-ci ildə anadan olub. Ailəlidir, 4 qız övladı var. Hadisə nəticəsində həlak olanlardan Adilzadə Zibeydə Şakir Hacıyevin qızıdır. Digər həlak olan iki şəxs isə Şakir Hacıyevin bacısı və qardaşıdır.

Paylaş
Xəbər lentİ