Vəkillər Kollegiyasının üzvü Ağakişi Nağıyev dünyasını dəyişib.
Arasdırma.info xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib:
"Bu gün uzun sürən ağır xəstəlikdən sonra dəyərli vəkilimiz Ağakişi Nağıyevi itirdik. Gözəl insan, təmənnasız dost, təcrübəli həmkarımız, yazıçı-publisist, Cəlilabad Vəkil Bürosunun vəkili Ağakişi müəllimin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Allah rəhmət eləsin, məkanı cənnət olsun, yaxınlarına Allah səbr versin!",-deyə, Anar Bağırov əlavə edib.
Qeyd edək ki, son 2 ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Hidayət Məmmədov, Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, Elburus Mehralıyev və İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.//open.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70