Əbülfəs Qarayevin ölkədən çıxışına QADAĞA QOYULDU

Oxunma sayı: 296
16-02-2021, 13:40

Əbülfəs Qarayevin ölkədən çıxışına QADAĞA QOYULDU
Rəhbərlik etdiyi nazirlikdə irimiqyaslı korrupsiya və digər qanunazidd əməllər aşkarlandığı üçün vəzifəsini itirən mədəniyyət naziri Əbülfəs Qarayev istintaq altındadır.

Arasdırma.info Gününsəsi.info-ya istinadən xəbər verir ki, müavini həbs edilən sabiq nazir ötən müddət ərzində bir neçə dəfə istintaqın suallarını cavablandırıb.

Məlumata görə, Əbülfəs Qarayev bu günlərdə Azərbaycanı tərk etmək istəyərkən sərhəddən qaytarılıb.

Belə ki, Türkiyəyə getmək istəyən sabiq nazirə ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib.

Məlumatda o da deyilir ki, Əbülfəs Qarayev ona qoyulmuş “stop”un götürülməsi üçün istintaq orqanına müraciət edib.

O, Türkiyəyə həkim müayinəsinə getmək istədiyini və geri qayıtmaq niyyətinin olduğunu yazıb.

Paylaş
Xəbər lentİ