Azərbaycanda çörəyin qiyməti 20 faiz bahalaşıb

Oxunma sayı: 294
19-02-2021, 21:01

Azərbaycanda çörəyin qiyməti 20 faiz bahalaşıb

Azərbaycanda satışda olan bəzi çörəklərin qiyməti təqribən 20 faiz bahalaşıb.

Bakıda müxtəlif dükanlarda qiymətlərinə baxdığımız Nömrə 1 və Çörəkçi markalı çörəklərin qiymətində 10 qəpiyə kimi bahalaşma olub.

Bunun səbəbi nədir? - bu suala cavab almaq üçün adıçəkilən markalı çörəklərin istehsalçıları ilə əlaqə saxlamaq mümkün olmayıb. Danışdığımız bir çörək satıcısı isə bizə deyib ki, səbəb unun qiymətinin qalxmasıdır. Onun sözlərinə görə, bəzi çörəklər 5, bəziləri isə 10 qəpik bahalaşıb.

Arasdırma.info xəbər verir ki,sakinlər BBC-ə deyib ki, hər gün 50 qəpiyə aldığı Binə zavod çörəyi kimi tanınan çörəyi bu gün 60 qəpiyə alıb.

Vahid Əhmədov: "Bu əhali bizimdir, qiymət üzərində bu qədər oynamaq olmaz"
Azərbaycanda benzinin qiymətinin qalxması ərzaqları bahalaşdıracaqmı?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BBC News Azərbaycancaya deyib ki, rəhbəri olduğu quruma hər gün ölkənin müxtəlif yerlərindən çörəyin bahalaşması və keyfiyyətinin pisləşməsi ilə bağlı müraciətlər daxil olur.

Eyyub Hüseynov bildirib ki, indiki şəraitdə digər çörək növlərinin və markalarının qiymətlərinin də qalxması və yaxud ən pis halda, çörəyin çəkisinin istehsalçılar tərəfindən azaldılması və keyfiyyətin pisləşməsi gözlənilir.

"Şübhə yoxdur ki, ölkədə bahalaşma prosesi gedir və ölkədə bahalaşan qiymət bir daha enmir. Enerji resurslarının bahalaşmasının çörəyə əlbəttə təsiri var. Lakin onu mən deyim ki, çörək biznesi ilə məşğul adamlar bir qırmızı xəttin sərhəddindədirlər. Çünki dünya bazarında buğdanın, unun qiyməti qalxır, Azərbaycanda isə onu süni saxlamaq istəyirlər. Burada dünya bazarındakı bahalaşmanın da rolu var", - Eyyub Hüseynov deyib.

Cənab Hüseynov bildirib ki, Azərbaycan hələ dünya bazarına tam inteqrasiya olunmayıb və ölkədə bu sahədə inhisarçılıq mövcuddur.

Paylaş
Xəbər lentİ