Bu konservləşdirilmiş mal ətini almayın.

Oxunma sayı: 337
19-02-2021, 22:06

Bu konservləşdirilmiş mal ətini almayın.
Son zamanlar supermarketlər arasında sanki yarış başlayıb.Endirim,endirim dalıyca.Hər supermarketbir neçə məhsulun qiymətini aşağı salır və bukletlər paylayır,sosial şəbəkələrdə reklam edir.Guya ən ucuz malbu marketdədir.
Əslində bu ucuz bir reklamdır.Endirimə düşən mallar ya keyfiyyətsizdir,ya da istehlak vaxtına az qalıb.Bu kimi məhsullardan onlarla sadalamaq olaq.
Arasdırma.info bu barədə araşdırma aparıb.Rahat,Araz,Bravo,Bazarstore və OBAmarketlərin endirimdə olan məhsulların siyahısına baxdıqda,vacib olan məhsulların adına rast gəlmək olmur.Çox vaxt da,qiymət süni şişirdilir və qismən aşağı qiymət qoyulur.Guya endirimdədir.Zavallı xalqımız da aldanıb bir iki məhsulu götürüb yığır səbərtə.
Alıcılardan birinin sözlərinə görə,bu yaxınlarda Araz marketdə endirimə düşən mallarda alıb,lakin kassadan verilən qəbzdə,elə köhnə qiymət yazılıb.Nəticədə aldanıldığını görüb.
Bu konservləşdirilmiş mal ətini almayın.
OBA marketlərdən isə ümumiyyətlə nəsə almaq təhlükəlidir.Bu marketlərdə çox vaxt vaxtı keçmiş məhsullar satılır.
Sakinlərdən Birinin sözlərin görə bu yaxınlarda endirimdə olan 525 qramlıq konservləşdirilmiş mal əti (tuşonka) alıb.Evdə açıb qızdırmaq istəyib.Amma konservdə sudan başqa bir şey olmayıb.Üstünə 525 qr yazılsa da heç 100 qr ət olmayıb.O da,ət yox,baş əti,piy və s.
Endirimdə olan daha bir məhsul sosis..3-4 AZN-ə satılan sosislərin içində ətdən başqa hər şey var.Qaynatmağa atırsan,parça-parça olur.Tərkibi isə məlum deyil.Çox güman ki,tərkibi kimyəvi indeqredientlərdən ibarətdir.Bu isə insan sağlamlığına ziyanlıdır.
Ona görə də məsləhət dörürük ki,endirimlərə aldanmayın və tanımadığınız məhsulu almayın.

Paylaş
Xəbər lentİ