Naxçıvanda iki ayın boşanma STATİSTİKASI

Oxunma sayı: 305
23-03-2021, 13:33

Naxçıvanda iki ayın boşanma STATİSTİKASI
Bu ilin 2 ayında Naxçıvan Muxtar Respublikasında 75 boşanma halı qeydə lınıb.



Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayon (şəhər) məhkəmələri tərəfindən 2021-ci ilin yanvar ayı ərzində nikahın pozulması tələbinə dair 34 işə baxılaraq iddialar təmin edilib.



Rəsmi məlumata görə, Naxçıvan Şəhər Məhkəməsində 12, Şərur Rayon Məhkəməsində 6, Babək Rayon Məhkəməsində 6, Culfa Rayon Məhkəməsində 2, Kəngərli Rayon Məhkəməsində 3, Ordubad Rayon Məhkəməsində 3, Şahbuz Rayon Məhkəməsində 1, Sədərək Rayon Məhəməsində 1 boşanma işinə baxılıb və iddialar təmin olunub.



Naxçıvan DSK-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası rayon (şəhər) məhkəmələri tərəfindən 2021-ci ilin fevral ayı ərzində nikahın pozulması tələbinə dair 41 işə baxılaraq iddialar təmin edilib.



Baxılan işlərin rayon (şəhər) məhkəmələri üzrə bölgüsü aşağıdakı kimi olub:



Naxçıvan Şəhər Məhkəməsində 15, Şərur Rayon Məhkəməsində 7, Babək Rayon Məhkəməsində 10, Culfa Rayon Məhkəməsində 1, Kəngərli Rayon Məhkəməsində 2, Ordubad Rayon Məhkəməsində 4, Şahbuz Rayon Məhkəməsində 1, Sədərək Rayon Məhəməsində 1 boşanma işinə baxılıb və iddialar təmin edilib.

Paylaş
Xəbər lentİ