Sədərək Yusif ərəblərdən betərdir? - Foto

Oxunma sayı: 262
29-03-2021, 22:58

Sədərək Yusif ərəblərdən betərdir? - Foto
Şahdağ Milli Parkının yaxınlığındakı Şah yaylağında Sədərək Yusifin (“Sədərək” ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəyli ) villası mövcuddur.

Arasdırma.info xəbər verir ki, bu barədə “Ekofront” təşkilatı məlumat yayıb.

Bildirilir ki, Y.Qədimbəyli Milli Parka sorğu-sualsız daxil ola bilir və qonaq-qarası ilə ovlanması yasaq olan heyvanları ovlayır.

Bundan başqa, onun dostları ilə birgə İsmayıllıda, Göyçay vadisində, Paşnov dərəsində kəl ovu ilə məşğul olduğuna da diqqət çəkilib:

“Ovla bağlı lizensiyaları da mövcuddur (Rəsmi ödənişi çox ucuzdur). Ancaq bu yerlərdə ov etmək qadağandır. Ərazi çox ucqar olduğundan ictimai nəzarət imkanı da məhduddur”.

Qeyd edək ki, ərəb turistlərin qanunsuz ovu gündəmə gələndən sonra bir çoxları əslində ölkə daxilində olan bəzi sahibkarların təbiətə qat-qat artıq ziyan vurduğu və qanunsuz ov etdiyini bildirmiş, “ərəbləri görənlərin” nədənsə onları “görmədiyini” iddia etmişdi.

Bunun ardınca isə qanunsuz ovla bağlı məlumatlar sosial şəbəkədə artmağa başlayıb.//axar.az
Sədərək Yusif ərəblərdən betərdir? - Foto

Paylaş
Xəbər lentİ