Nizami Xudiyev vəfat edib.

Oxunma sayı: 253
26-05-2021, 07:54

Nizami Xudiyev vəfat edib.
Filologiya elmləri doktoru, professor Nizami Xudiyev vəfat edib.

Bu barədə qafqazinfoya onun ailə üzvləri məlumat verib.

Bildirilir ki, bir müddət əvvəl koronavirusdan sağalan AzTV-nin keçmiş sədri böyrək çatışmazlığından təxminən yarım saat əvvəl dünyasını dəyişib.

Qeyd edək ki, Nizami Xudiyev 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.

O, 1995-2010-cu illərdə Milli Məclisin deputatı olub.

Allah rəhmət eləsin!

Paylaş
Xəbər lentİ