ŞAMAXIDA VƏZİFƏLİ ŞƏXS HƏBS OLUNDU – Torpaqları qanunsuz zəbt etməkdə günahkar bilinib

Oxunma sayı: 237
28-05-2021, 07:54

ŞAMAXIDA VƏZİFƏLİ ŞƏXS HƏBS OLUNDU – Torpaqları qanunsuz zəbt etməkdə günahkar bilinib

“Uzun illərdir Şamaxı rayonunda, xüsusilə Quşçu kəndində tutduğu vəzifədən sui-istifadə edərək, özbaşınalıq edən Cəbrayılov Agamikayıl Oruc oğlu nəhayət ki, öz layiqli cəzasını aldı”.

Arasdırma.info xəbər verir ki, bu haqda Şamaxı sakinləri tərəfindən redaksiyaya məlumat verilib.

Bildirilir ki, 27 may 2021-ci il tarixdə Şamaxı rayon Məhkəməsinin qərarı ilə Agamikayıl Cəbrayılov barəsində 4 ay müddətində həbs-qəti imkan tədbiri seçilib.

Qeyd olunur ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4-cü maddəsi ilə ittiham olunub.

“Belə ki, torpaqların qanunsuz zəbtində günahlandırılan A.Cəbrayılov istintaqın gedişinə mane olmaqda günahkar hesab edilib. İstintaq müddətində üzə çıxarılan faktlar onun barəsində həbs-qəti imkan tədbiri seçilməsinə səbəb kimi göstərilmişdir”, – deyə bildirilir.//hurriyet

Paylaş
Xəbər lentİ