Həccə gedənlər 3400 manat cərimə olunacaqlar – TƏFƏRRÜAT

Oxunma sayı: 243
5-07-2021, 20:56

Həccə gedənlər 3400 manat cərimə olunacaqlar – TƏFƏRRÜAT
Səudiyyə Ərəbistanı hökuməti Həcc ziyarəti zamanı müqəddəs yerlərə icazəsiz daxil olan şəxsləri 2000 ABŞ dolları həcmində cəza gözlədiyini bildirib.

Arasdırma.info xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, iyunun 18-də başlayacaq Həcc ziyarətinə yalnız Səudiyyə Ərəbistanı vətəndaşları və ölkədə yaşama icazəsi olan xarici vətəndaşlar qatıla biləcək.

Eyni zamanda bu il yalnız koronavirus əleyhinə peyvənd olunmuş zəvvarlara ziyarət icazəsi verilib. Daha əvvəl isə, Səudiyyə Ərəbistanı hökuməti təhlükəsizlik tədbirləri səbəbindən ziyarətçilərə zəmzəm suyunu robotların paylayacağını elan etmişdi.

Paylaş
Xəbər lentİ