Şortikə görə Polis Şöbəsinə buraxılmadı: "Bura plyaj deyil" (FOTO)

Oxunma sayı: 229
24-07-2021, 00:24

Şortikə görə Polis Şöbəsinə buraxılmadı: "Bura plyaj deyil" (FOTO)
Göyçay Rayon Polis şöbəsinin əməkdaşları şortik geyindiyi üçün vətəndaşın binaya daxil olmasına imkan verməyiblər.

Sfera.az saytının baş redaktoru Ozal Məmmədov Qaynarinfo-ya bildirib ki, polislər bu qaydanın "şəxsi təşəbbüs" olduğunu deyib:

"Şəxsi işlə əlaqədar olaraq Göyçay Rayon Polis Şöbəsinə müraciət etdim. Polis əməkdaşları nəinki binaya daxil olmağa imkan verdilər, hətta "bura plyaj deyil" deyərək, şöbənin qarşısında dayanmağa belə imkan vermədilər.

Sözügedən vəziyyətə etirazımı bildirib, qanunvericilikdə belə hal olmadığını desəm də, bunu polis şöbəsinin rəisinin şəxsi istəyindən irəli gəldiyini dedilər".

Xatırladaq ki, bir müddət əvvəl sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən kişinin binaya buraxılmaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olmuşdu. BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev mətbuata verdiyi açıqlamada bildirmişdi ki, geyimlə bağlı heç yerdə dəqiq qadağa yoxdur.

Paylaş
Xəbər lentİ