"Premium" 5 qəpik də qalxdı

Oxunma sayı: 229
31-07-2021, 22:15

"Premium" 5 qəpik də qalxdı
“Aİ-95” premium markalı benzinin Azərbaycana idxal qiymətinin artması ilə əlaqədar olaraq bu gün səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində 1,40 manata satılan benzin 1,45 manata satılmağa başlanılıb.
Arasdırma.info xəbər verir ki, buna səbəb bu marka benzinin istehsalçı ölkədə bahalaşmasıdır.

Qeyd edək ki, Azərbaycan “Aİ-95” premium markalı benzini əsasən Rumıniyadan idxal edir: “Digər yanacaqlar markalarının satışı köhnə qiymətlərlə davam etdirilir”.

Xatırladaq ki, sonuncu dəfə “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1,40 manat olmuşdu.

Paylaş
Xəbər lentİ