“RÖVŞƏN SORUŞDU Kİ, NİYƏ ONA SALAM VERMƏDİK” – General iş adamını bir sözə görə qətlə yetirib

Oxunma sayı: 238
12-08-2021, 06:34

“RÖVŞƏN SORUŞDU Kİ, NİYƏ ONA SALAM VERMƏDİK” – General iş adamını bir sözə görə qətlə yetirib
Bakı Hərbi Məhkəməsində 20 il əvvəl qətl törətməkdə təqsirləndirilən general-leytenant Rövşən Əkbərov barəsində cinayət işinin istintaqı davam edir.

Arasdırma.info xəbər verir ki, məhkəmədə qətlin bir sıra təfərrüatları üzə çıxmağa başlayıb.

Xatırladaq ki, Rövşən Əkbərov bu ilin martında həbs edilib. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. General azərbaycanlı biznesmen Elçin Əliyevin qətlində ittiham olunur. Cinayət 1 iyun 2001-ci ildə Kiyevdə baş verib.

Məhkəmə araşdırması ilə bağlı “Virtualaz.org”-un yaydığı məlumatda deyilir ki, cinayət işində general Əkbərovun günahını təsdiq edən sübutlar var. Belə sübutlardan biri hadisənin əsas şahidi Məzahir Şıxəliyevlə Elçin Əliyevin atası Faday Əliyev arasında baş verən söhbətin qeydə alınan stenoqramıdır. Qeyd olunur ki, Məzahir Şıxəliyevin özü 2013-cü ildə onkolojı xəstəlikdən dünyasını dəyişib.

Əvvəlki ifadələrdən məlum olduğu kimi, 1 iyun 2001-ci ildə Elçin Əliyev, Məzahir Şıxəliyev və Rövşən Əkbərov Azərbaycanın Kiyevdəki səfirliyində görüşüblər. Səfirlikdəki ziyafətə çoxlu qonaq toplaşıb.

Gecə yarısına yaxın Elçin Əliyev və Məzahir Şıxəliyev pivə içmək üçün "Sikora" kafesinə gediblər. Tezliklə oraya daha bir azərbaycanlı ilə birlikdə (bəzi şahidlər onun səfirliyin komendantı Qüdrət Əhmədov olduğunu deyib - red.) general Rövşən Əkbərov da gəlib.//azpolitika
“RÖVŞƏN SORUŞDU Kİ, NİYƏ ONA SALAM VERMƏDİK” – General iş adamını bir sözə görə qətlə yetirib

Paylaş
Xəbər lentİ