Vüsalə Əlizadənin qardaşı qəzada öldü (FOTO)

Oxunma sayı: 225
16-08-2021, 08:10

Vüsalə Əlizadənin qardaşı qəzada öldü (FOTO)
Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Arasdırma.info xəbər verir ki, Astara-Şahağacı yolunda Bakı sakini Əlihüseyn Əlizadənin idarə etdiyi 90-MZ-032 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq əvvəl ərazidən keçən qaz xəttinə, sonra isə işıq dirəyinə çırpılıb. Nəticədə o, hadisə yerində ölüb.

Məlumata görə, hadisə yerində vəfat edən 1989-cu il təvəllüdlü Əlihüseyn Əlizadə Rafail oğlu tanınmış aparıcı Vüsalə Əlizadənin qardaşıdır. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.
Faktla bağlı araşdırma aparılır.//qaynarinfo
Vüsalə Əlizadənin qardaşı qəzada öldü (FOTO)

Paylaş
Xəbər lentİ