Şəhid anası vəfat edib.

Oxunma sayı: 228
16-08-2021, 08:43

Şəhid anası vəfat edib.
Balakən rayonunun Katex kəndindən olan Vətən müharibəsi şəhidi Yusif Təmirovun anası Məkkə Təmirova dünyasını dəyişib.

Bu barədə "Qafqazinfo”ya mərhumun yaxınları məlumat verib.

Onların sözlərinə görə, şəhid anası oğlunun vəfatından sonra psixoloji sarsıntı keçirib, vəziyyəti getdikcə pisləşib və vəfat edib.

Qeyd edək ki, 25 yaşlı Y. Təmirov II Qarabağ müharibəsinin iştirakçısı olub. O, Suqovuşanın azad olunması uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Y. Təmirov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” və "Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Şəhid anası vəfat edib.

Paylaş
Xəbər lentİ