Bu qızlar Azərbaycanda kişiləri soyundurub, videoya çəkir – Aralarında alimi də var, mollası da...

Oxunma sayı: 192
26-08-2021, 19:49

Bu qızlar Azərbaycanda kişiləri soyundurub, videoya çəkir – Aralarında alimi də var, mollası da...
Son dövrlər sosial şəbəkələrdə gənc qız profilləri ilə kişilərə zəng edib onları soyunduran, daha sonra videoya çəkən şəbəkə ortaya çıxıb.

Arasdrrma.info xəbər verir ki, sözügedən çəkilişlər daha çox "facebook” sosial şəbəkəsinin "messenger”i vasitəsi ilə həyata keçirilir. Bu şəbəkənin qurbanları isə daha çox orta yaşda olan kişilər və ya texnoloji məlumatları az olan istifadəçilər olur.

Bu şəbəkə necə fəaliyyət göstərir?

Gənc qız profilləri ilə edilən zənglərdən sonra zərərçəkənlər bir xanımın soyunaraq bədənini nümayiş etdirdiyinin şahidi olurlar.

Elə adamlar var ki, görüntünün real olduğunu zənn edib seyr edir, hətta "qadının” intim jestlərinə qarşılıq verir. Ancaq bilməlisiniz ki, bu, xüsusi bir proqramdır və əslində soyunan, intim səhnələri nümayiş etdirən robotdu.

Jurnalist Məhəmmədəli Qəribli də məsələ ilə bağlı şikayətçilərin çoxluğu haqqında məlumat verib. O, zərərçəkənlər arasında bir din adamının belə olduğunu bildirib:

"Bu yaxınlarda məhz bu üsulla Naxçıvanda tanınmış bir dindarı tələyə salıb, sonra videosunu paylaşıblar. Adam indi nəinki məscidə namaz qılmağa gedə bilmir, hətta utandığından evdən bayıra belə çıxmır.

Tələyə düşənlər elə bilirlər ki, bu səhnəni yalnız zəng edən qız və onun özündən başqa heç kim görmür. Ancaq hər iki şəxsin hərəkətləri xüsusi proqram vasitəsilə qeydə alınır. Əsasən hədəfə cəmiyyətdə tanınmış adamlar alırlar. Sonra çəkilən video ilə həmin adamı şantaj edirlər.

Məqsədlərinə çata bilməyəndə, videonu içtimailəşdirirlər. Həmin şəbəkənin baş mamarozası bu profil arxasında gizlənir. Yazır ki, türk əsillidi, Almaniyada yaşayır. Baxıram dostluğuna bəzi tanınan adamları alıb”.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, daha çox Türkiyə vətəndaşı olduğunu iddia edən "qızlar” tərəfindən bu addım atılıb.

Məsələn, fotosunu təqdim etdiyimiz profil sözügedən şəbəkənin ən aktivlərindən biridir. O, eyni fotonu müxtəlif adlarda profil şəkili edir və Türkiyə vətəndaşının adları ilə azərbaycanlı kişilərə yazır.

Paylaş
Xəbər lentİ