Polkovniki sərxoş edib tapançasını aldı, dövlətin verdiyi evdən imtina etdi, “içsəm, ölmərəm ki?” deyib öldü

Oxunma sayı: 203
26-08-2021, 20:11

Polkovniki sərxoş edib tapançasını aldı, dövlətin verdiyi evdən imtina etdi, “içsəm, ölmərəm ki?” deyib öldü
Arasdırma.info Kulis.az-a istinadən Xalq şairi Qabil haqqında maraqlı faktları təqdim edir.

Qabil Allahverdi oğlu İmamverdiyev 12 avqust 1926-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsini bitirib. 1944-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olub.

***

Yaradıcılığa 1944-cü ildə "Gəl, baharım" şeiri ilə başlamış şairin şeirlərindən ibarət ilk toplu "Səhər açılır" adı ilə 1950-ci ildə çap olunub. İmamverdiyevin "Mənim mavi Xəzərim", "Ömrüm boyu", "Küləkli havalarda", "Qoy danışsın təbiət", "Vətəndaş sərnişinlər", "Nəsimi", "Ömrün həbləri", "İlahi qisməti", "Dostlarım, tanışlarım" və s. kitabları oxucular tərəfindən böyük maraqlaGünlərin birində Yazıçılar İttifaqının sədri, xalq yazıçısı İmran Qasımov Qabilə zəng vurub deyir ki, Qabil, Hüsü Hacıyev küçəsindəki iki otaqlı, 28 kvadrat metrlik mənzilini təhvil ver, sənə "Domsovet"in arxasında, Üzeyir Hacıbəyov küçəsində yeni tikilmiş, Bakı univermağının üstündə, dəniz mənzərəli üç otaqlı mənzil ayırmışam. Nə cavab versə yaxşıdır? İstəmirəm, İmran müəllim. Burda həyətdə qarajım var. Özümüz də üç nəfərik, "polnı" bəsimizdir.

***

Deyilənə görə həddindən artıq hövsələsiz adam olub. Hətta yaxın ətrafı onu əsəbi adam hesab edirdi. Oğlu Mahir Qabiloğlu müsahibələrinin birində deyir: "Sözünə düz adam idi, amma əsəbiliyi, hövsələsizliyi vardı. Bir dəfə mənə şillə də vurub. 15 yaşım vardı. Maşını həyətdə şair Zeynal Xəlilin qarajına sürtmüşdüm, əzilmişdi. Ona görə. Evin tək uşağı olduğumdan məktəbdə keçirilən hər hansı bir "veçer"də iştirak etməyə, yaxud da sinif rəhbərinin başçılığı ilə rayona piknikə getməyə icazə vermirdi. Mən də ağlayırdım. Deyirdi, ağla, ağla. Sən indi ağla ki, mən sonra ağlamayım".



Şair Musa Yaqubla yaxın dost olub. Qabil həm də Musa Yaqubun məşhurlaşmasında ona yardımçı olub. Belə ki, şair qəzetdə işlədiyi vaxtlarda Musa Yaqub onun yanına gəlir. Yeni yazdığı şeiri - "Bu dünyanın qara daşı göyərməz"i ona təqdim edir. Qabil şeiri çap edir. Natəvan klubunda keçirilən hansısa tədbirdə o, Musaya deyib ki, qalx ayağa o şeiri oxu. Musa Yaqub da oxuyur. Bu tədbirdən sonra gənc şairin ulduzu parlayır.

***

Qabilin çox yaxşı yumor hissi olub. Onunla bağlı lətifələr isə ayrı aləmdir. Bu lətifələrlə bağlı isə İsmayıl Şıxlının "Dostum Qabilin qəribə əhvalatları" və şairin oğlu Mahir Qabiloğlunun "Atamın qəribə əhvalatları" adlı kitabları çap olunub.



Oğlu: "Volqa"mızın dövlət nömrə nişanını dəyişdirmişdik - AZ 10 EO 545. Fikrət dayım baxıb, başladı gülməyə, soruşdu ki, bu nə nömrədir, ay Qabil, bu "EO" nədir? Atam başa düşdü ki, dayım nəyəsə işarə edir. "EO", yəni ki, eşşək oğlu. Deyir bəs, mənim nömrəm KO-dur. Belə çıxır ki, mən də köpək oğluyam? O da qayıdıb deyir, yox, sən kişi oğlusan.

***

SSRİ Yazıçılar İttifaqına Səməd Vurğunun zəmanəti ilə üzv qəbul edilib.

***

Xalq şairi Qabil təzə "Moskviç" alır. Yaxşı sürə bilmədiyi üçün heç kim minmirmiş onun maşınına. Bir gün hansısa tədbirə gedəndə İsmayıl Şıxlı Qabilin maşınına oturur, Qabil çox sevinir. Bu vaxt İsa Muğanna onların yanından keçirmiş, İsmayıl Şıxlı başını pəncərədən çıxarıb deyir:

- İsa, evdən soruşsalar, deyərsən, Qabilin maşınına mindi. Gəlməsəm, narahat olmasınlar.



Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu Sibirdən qayıdandan sonra qorxudan heç kəs onunla dostluq etmirmiş. Qabil günlərin birində yazıçı ilə rastlaşır, cibindən üç yüz manat çıxarıb ona bağışlayır.

***

Salam Qədirzadə və Qabil Daxili İşlər Nazirliyində pasportstolun müdiri olan dostları Azad Talışoğlu ilə yeyib içdikdən sonra gecə gəzişməyə çıxırlar. Qabil birdən yapışır polkovnikin tapançasından ki, qoy bir dəfə atım onu. Polkovnik qətiyyətlə "olmaz" deyib izah eləyir ki, güllələr sayladı, elə-belə atmaq olmaz. İkisi də başlayırlar yalvarmağa ki, qoy hərəmizə heç olmasa birini ataq. Axırda Talışoğlunun ürəyi yumşalır. Xətirlərinə dəyməyib deyir ki, onda tez eləyin, özü də göyə atarsınız. Qoburu açıb tapançanı hazırlayır. Hərəsi göyə bir-iki güllə buraxıb ürəyini soyudur.



1965-ci ildən 2 otaqlı, 28 kvadrat metrlik mənzildə yaşayıb. Oğlu Mahir müsahibələrinin birində deyir: 2003-cü ildə prezident Heydər Əliyevdən xahiş etdi. O da tezliklə təmin etdi evlə. On da güclə ağız açdı. Nəbi Xəzri məcbur etdi. Nəbiyə demişdi ki, bir arvaddı, bir də özüm, 28 kvadrat metr bəsimizdir. Nəbi də ona demişdi ki, al bu evi, heç olmasa Mahir yaşasın. Elə də oldu. Cəmi iki il yaşadı yeni evdə. Tabutu ordan çıxdı. İndi mən yaşayıram həmin mənzildə. Atam öldüyü gün yaxşı bazarlıq elətdirdi mənə. Axşam şam edəndə içki istədi. Bir badə süzdüm. Əlinə götürüb "içsəm, ölmərəm ki?" deyə soruşdu. Dedim, bilmirəm. İçmədi. Yenidən qaytardı şüşəyə. Elə təzəcə yatmağa getmişdi, bir də gördük ki, geri zala qayıtdı. Darıxırdı, ürəyi sıxılırdı. Həkim tapşırmışdı mənə ki, ürəyinə çox güc salmayın. Narahat olanda dərman verin. Dərmanını içib getdi yatmağa. Üstündən beş dəqiqə keçmədi ki, "Mahir!" qışqırdı... Saat 12-yə 15 dəqiqə qalırdı. Tez qaçdım yataq otağına. Yoldaşım həkim olduğuna görə tez təzyiqini ölçdü. Əsasən yuxarı olurdu. Amma bu dəfə aşağı göstərdi. Qızım tez təcili yardıma zəng etdi. Yoldaşım ilkin yardım göstərsə də, təcili yardım özünü vaxtında çatdırsa da, xeyri olmadı. Gecə saat 12-də keçindi. Trombu "insan bədənində gizli mina" adlandırırdı. Deyirdi ki, nə vaxtsa işə düşə bilər. Elə də oldu. Bu cür ölümü həm də "xoşbəxt ölüm" adlandırırdı. Bu xoşbəxtliyi də yaşadı, getdi. Bir detalı da deyim. Ədəbiyyata 1944-cü il aprelin 4-də "Ədəbiyyat qəzeti"ndə çap olunan "Gəl, baharım" adlı şeirlə gəlmişdi. Aprelin 4-ü 2007-ci ildə həyatdan köçdü".

***

Şair Fəxri Xiyabanda dəfn edilib.
Polkovniki sərxoş edib tapançasını aldı, dövlətin verdiyi evdən imtina etdi, “içsəm, ölmərəm ki?” deyib öldü
Polkovniki sərxoş edib tapançasını aldı, dövlətin verdiyi evdən imtina etdi, “içsəm, ölmərəm ki?” deyib öldü
Polkovniki sərxoş edib tapançasını aldı, dövlətin verdiyi evdən imtina etdi, “içsəm, ölmərəm ki?” deyib öldü
Polkovniki sərxoş edib tapançasını aldı, dövlətin verdiyi evdən imtina etdi, “içsəm, ölmərəm ki?” deyib öldü
Polkovniki sərxoş edib tapançasını aldı, dövlətin verdiyi evdən imtina etdi, “içsəm, ölmərəm ki?” deyib öldü

Paylaş
Xəbər lentİ