Toylarla bağlı qadağa bu gündən qüvvəyə minir

Oxunma sayı: 214
1-09-2021, 06:22

Toylarla bağlı qadağa bu gündən qüvvəyə minir
Bu gündən etibarən 50 nəfərə qədər şəxsin iştirakı ilə keçirilən şənlik mərasimlərində də COVID-19 pasportunun təqdim olunması tələb ediləcək.

Arasdırma.info xəbər verir ki, bununla bağlı müvafiq qərar sentyabrın 1-dən qüvvəyə minib.

Hökumətin bununla bağlı imzaladığı qərara əsasən, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır.

Eyni zamanda ictimai iaşə obyektlərində monitorinqlər, habelə 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi idi və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmurdu.

Paylaş
Xəbər lentİ