Şair-jurnalist Əhməd Oğuz vəfat edib

Oxunma sayı: 211
1-09-2021, 06:53

Şair-jurnalist Əhməd Oğuz vəfat edib
Tanınmış şair- jurnalist Əhməd Oğuz vəfat edib.

Arasdırma.info xəbər verir ki, məlumatı Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza ictimailəşdirib.

59 yaşlı şair bu gün vəfat edib.

Mərhumun uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Əhməd Oğuz 1961-ci il noyabrın 13-də Qərbi Azərbaycanda anadan olub. Azərbaycan Pedaqoji İnstitutunu bitirib.

"Xəzər" jurnalında, "Oğuz eli" qəzetində, Azərbaycan Radiosunda radio xalq yaradıcılığı baş redaksiyasında şöbə müdiri vəzifəsində çalışıb.

Ötən əsrin 80-ci illərinin əvvəllərindən "Ulduz", "Azərbaycan" jurnallarında, "Ədəbiyyat və incəsənət" qəzetində müntəzəm çap olunub.

Allah rəhmət eləsin.//modern.az

Paylaş
Xəbər lentİ