Azərbaycanda məşhur müğənni KORONADAN VƏFAT ETDİ

Oxunma sayı: 218
16-09-2021, 21:06

Azərbaycanda məşhur müğənni KORONADAN VƏFAT ETDİ
Xanəndə Xasməmməd Hacıyev vəfat edib.

Bu haqda axşam.az-a açıqlamasında muğam ifaçısının yaxını məlumat verib. Bildirilib ki, ifaçı koronavirus infeksiyasından dünyasını dəyişib:

"Xəstəxanaya yerləşdirilmişdi. Müalicə alsa da, onu xilas etmək mümkün olmayıb. O, bir neçə həftə əvvəl vəfat edib".

Qeyd edək ki, X.Hacıyev 1949-cu il sentyabrın 15-də Beyləqanda anadan olub. O, mərhum Əməkdar artist Məhəbbət Kazımovla oxuduğu mahnılarla tanınıb.

Paylaş
Xəbər lentİ