Arvadından bezib könüllü həbsxanaya getdi

Oxunma sayı: 252
26-10-2021, 00:35

Arvadından bezib könüllü həbsxanaya getdi

Hadisə İtaliyada baş verib.

Arasdırma.info xəbər verir ki,Lent.az-ın İtaliya mətbuatına istinadla xəbərinə görə, ev dustaqlığına məhkum edilmiş şəxs evdən qaçaraq polis idarəsinə gəlib. 30 yaşlı şəxs bildirib ki, evdə ailəsi ilə yola getmir. Arvad onun həyatını cəhənnəmə çevirib. Buna görə də ev dustaqlığının həbslə əvəzlənməsini istəyir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları iddiaçının ifadəsini yoxlayıblar. Məlum olub ki, alban əsilli şəxs narkotik vasitələrdən istifadəyə görə 3 il ev dustaqlığına məhkum edilib.

Polis onun “arzusunu” yerinə yetirərək həbsxanaya göndərib. Lakin arvadla yola getmədiyinə görə deyil, cəzaçəkmə rejimini pozduğuna görə.

Paylaş
Xəbər lentİ