Dünyanın ən güclü ordularının siyahısı açıqlandı – Azərbaycan neçəncidir?

Oxunma sayı: 209
23-11-2021, 03:57

Dünyanın ən güclü ordularının siyahısı açıqlandı – Azərbaycan neçəncidir?
ABŞ-ın "Global Firepower” adlı hərbi statistika saytı dünyanın ən güclü ordularının siyahısını açıqlayıb.

Azərbaycan siyahıda bir pillə irəliləyərək 63-cü sıraya yüksəlib. Cənubi Qafqazdakı qonşularımızdan Gürcüstan 92-ci, Ermənistan 100-cü sıradadır. Türkiyə siyahıda 11-ci, İran 14-cü yerdədir.


"Global Firepower” görə dünyanın ən güclü ordusuna sahib olan ölkə ABŞ-dır. ABŞ-ın 2,245 milyon əsgəri, 13 mindən çox təyyarəsi, 6,1 min tankı, 40 min zirehli

Siyahıda ikinci sırada Rusiya qərar tutub. Rusiya ordusu 3,5 milyon əsgərə, 4,144 təyyarəyə, 13 min tanka, 27,1 min zirehli texnikaya sahibdir.

Çin dünyanın üçüncü ən güclü ordusuna malikdir. Bu ölkənin 3,335 milyon əsgəri, 3,26 min təyyarəsi, 3,2 min tankı, 35 min zirehli texnikası mövcuddur.
Siyahıda növbəti yerlərdə Hindistan, Yaponiya, Cənubi Koreya, Fransa, İngiltərə, Brazilya və Pakistan qərarlaşıb.//sfera

Paylaş
Xəbər lentİ