Biologiya dərsində ŞOK: Cinsiyyət üzvü başına “bəla” oldu – 6 İL HƏBS...

Oxunma sayı: 201
27-11-2021, 08:12

Biologiya dərsində ŞOK: Cinsiyyət üzvü başına “bəla” oldu – 6 İL HƏBS...
Onlayın keçirilən biologiya dərsində səs-küylü "porno" qalmaqalı ölkənin sosial şəbəkələrində böyük ictimai rezonansa səbəb olub.

Arasdırma.info Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Sverdlovsk vilayətinin Berezovski şəhərində baş verib.
6-cı sinif şagirdlərinə “Zoom” proqramı vasitəsilə “İnsan orqanizmində cinsəl dəyişkənlik” mövzusunda keçirilən biologiya dərsində şok anlar yaşanıb.

Dərs zamanı anidən naməlum şəxs efirə qoşulub və kamera qarşısında cinsiyyət üzvünü nümayiş etdirib. Baş verənlərdən şoka düşən müəllim istifadəçini dərhal bloklayıb.

Xoşagəlməz hadisə ilə bağlı polisə məlumat verilib.

İstintaq Komitəsinin regional idarəsi dərhal araşdırmaya başlayıb. Məlum olub ki, dərs ərəfəsində şagirdlərdən biri canlı yayımın linkini sosial şəbəkələrdəki abunə olduğu bağlı qruplardan birinə atıb. Bu an bağlı qrupdakı yaşca böyük üzvlərdən biri cinsiyyət üzvünü kamera qarşısında göstərib.

Hazırda faktla bağlı cinayət işi açılıb. Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxsi 6 ilə qədər həbs gözləyir.//lent.az

Paylaş
Xəbər lentİ