Çikaqoda oğlan və qız tualetləri birləşdirilir

Oxunma sayı: 38
4-12-2021, 01:52

Çikaqoda oğlan və qız tualetləri birləşdirilir
Amerikanın İllinoys ştatının Çikaqo şəhərindəki dövlət məktəbləri oğlan və qızlar üçün tualetləri ləğv edəcək, bunun əvəzində “uşaqların gender kimliyinə uyğun gələn” tualetlər yaradacaq.

Bu barədə Çikaqo Dövlət Məktəblərinin (“Chicago Public Schools”) “Twitter hesabında məlumat verilir.


Bundan əlavə, məktəblərdə əllərin yuyulması üçün “gender-neytral ərazi” yaradılacaq. Çikaqo dövlət məktəbləri assosiasiyasının nümayəndələrinin sözlərinə görə, bu, gender bərabərliyinə hörmət naminə və uşaqların təhlükəsizliyi üçün edilir.

Eyni zamanda, məktəblərdə işçilər üçün tualetlər ayrı olacaq.//Cahantv.az

Paylaş
Xəbər lentİ