Mühərriki xarab olan gəmi batdı: 17 ölü, 60-ı itkin düşdü

Oxunma sayı: 208
21-12-2021, 00:30

Mühərriki xarab olan gəmi batdı: 17 ölü, 60-ı itkin düşdü
Madaqaskar sahillərində gəmi batıb.

Arasdırma.info xəbər verir ki, bu barədə ölkənin Dəniz və Çay Administrasiyası məlumat yayıb.

Gəminin batması nəticəsində azı 17 nəfər ölüb, 60-a yaxın adam itkin düşüb:

"Gəmidə 130 sərnişin olub, onlardan 45-i xilas edilib. Axtarış əməliyyatları davam edir".

Bildirilib ki, bu, sərnişin daşımaq üçün lisenziyası olmayan taxta gəmidir. İlkin məlumatlara görə, bazar ertəsi səhər onun mühərriki sıradan çıxıb, bundan sonra gəmi sürüklənərək mərcan rifinə çırpılıb.//axar.az

Paylaş
Xəbər lentİ