İvanişviliyə yeni rəqib gəlir: Məhv edəcəyəm..

Oxunma sayı: 473
10-08-2019, 17:20

İvanişviliyə yeni rəqib gəlir: Məhv edəcəyəm..
Mən siyasətə, Bidzina İvanişvilini məğlub edəcək hər yerə gəlməyə hazırlaşıram. Söz verirəm ki, mən onun əsas düşməni olacağam və onun kapitulyasiyasını özüm qəbul edəcəyəm.

Arasdirma.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Rustavi 2” telekanalının keçmiş baş direktoru Nika Qvaramiya deyib.

“Korrupsiya və oğurluq mənim üçün qırmızı xətdir. Əgər məni korrupsiyada ittiham edirdilərsə, o zaman niyə 4 saat dindirdikləri müddət ərzində bir dəfə də bununla bağlı sual vermədilər? Mən təkcə televiziya ilə kifayətlənmək fikrində deyiləm, amma həbs olunub-olunmamağımdan asılı olmayaraq, onu bir nömrə edəcəyəm. Mən İvanişviliyə zərər vuracaq hər platformada iştirak edəcəyəm. Bu mənim yox, İvanişvilinin seçimidir. Prokurorluğa çağırılmağımla o mənə mesaj verdi ki, onun dünyada əsas rəqiblərindən biriyəm. Mən bu çağırışı qəbul edirəm. Mən siyasətə də gələcəyəm, ictimai hərəkatlara da qoşulacağam. Hər kəsə çağırış edirəm ki, artıq Gürcüstanda diktaturaya qarşı birləşmək vaxtı çatıb. Gürcüstanda Rusiya tipli diktatura artıq təsdiqlənib”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Nika Qvaramiya Baş Prokurorluq tərəfindən korrupsiya və mənimsəmədə ittiham olunub.

Paylaş
Xəbər lentİ