İranda türk fotoqraf həbs edildi – Naməlum yerə aparılıb - FOTO

Oxunma sayı: 218
22-12-2021, 20:57

İranda türk fotoqraf həbs edildi – Naməlum yerə aparılıb - FOTO
Türkiyə vətəndaşı olan fotoqraf 4 gün öncə İranda həbs edilib.

Arasdırma.infonun məlumatına görə ,Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, Bura Öməroğlu adlı Türkiyə vətəndaşı 2021-ci ilin mart ayından bəri İranda səfəri zamanı müxtəlif yerlərdə çəkdiyi şəkilləri öz "İnstagram" hesabında paylaşıb.

Onun İsfahandan Şiraza gedərkən həbs edildiyi bildirilir.

Hazırda onun hara aparılması haqda məlumat yoxdur.

Türkiyəli turist qısa telefon danışığında dostlarına Şiraz şəhərində tutulduğu barədə məlumat verib. Ancaq onun hansı səbəblə həbs edilməsi və harada saxlanılması ilə bağlı heç bir bilgi yoxdur.

Paylaş
Xəbər lentİ