Rusiyadan Bakıya gələn iki nəfər təyyarədə öldü

Oxunma sayı: 232
25-12-2021, 22:18

Rusiyadan Bakıya gələn iki nəfər təyyarədə öldü
Rusiyadan Azərbaycana gələn iki həmyerlimiz təyyarədə vəfat edib.

Arasdırma.info xəbər verir ki,hadisələr eyni gündə baş versə də, fərqli reyslərdə qeydə alınıb.
Belə ki, dekabrın 23-ü axşam saat 10 radələrində Kazandan Bakıya gələn Rusiya vətəndaşı, 1963-cü il təvəllüdlü Faxrət Şıxıyev təyyarədə qəfildən ölüb.

İkinci hadisə isə həmin gün günorta saatlarında Moskva-Bakı reysində baş verib. Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Maqomed Kazımov da təyyarədə vəfat edib.

Hər iki şəxsin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.///qafqazinfo

Paylaş
Xəbər lentİ