Kim Çen İn 2022-ci ili “ölümcül mübarizə ili” adlandırdı

Oxunma sayı: 222
1-01-2022, 17:44

Kim Çen İn 2022-ci ili “ölümcül mübarizə ili” adlandırdı

“2022-ci il “böyük ölümcül mübarizə” ili olacaq”.

Arasdırma.info xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İn ölkənin Koreya Fəhlə Partiyasının bayramöncəsi iclasında çıxışında deyib.

O iclas zamanı ABŞ və yaxud Cənubi Koreya ilə münasibətlərdən deyil, daha çox ölkənin daxili problemlərinə toxunub.

Kim Çen İnin sözlərinə görə, 2022-ci ilin mübarizəsi – böyük ölümcül mübarizədir və sosializmin hərtərəfli inkişafı, böyük Şimali Koreya xalqı naminə zərrə qədər ləngimədən ona qalib gəlmək lazımdır.

O həmçinin partiya və Şimali Koreya xalqının 2022-ci ildə uğur qazanacağından əminliyini ifadə edib.//manşet.az

Paylaş
Xəbər lentİ