Rusiya cavab olaraq öz hava məkanını 36 ölkəyə bağladı

Oxunma sayı: 139
1-03-2022, 09:18

Rusiya cavab olaraq öz hava məkanını 36 ölkəyə bağladı
Avropa dövlətlərinin hava məkanını Rusiya təyyarələri üçün bağlamasına cavab olaraq Rusiya da öz hava məkanını Almaniya və Fransa da daxil olmaqla 36 ölkənin təyyarələri üçün bağlayıb.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) verdiyi məlumata görə, beynəlxalq hüquq normalarına uyğun olaraq, Avropa dövlətləri öz hava məkanlarını Rusiya təyyarələrinə və ya Rusiyada qeydiyyatdan keçmiş mülki təyyarələrin uçuşlarına bağlamasına cavab verib. 36 ölkənin hava yolu şirkətlərinə məhdudiyyətlər qoyulub”.

Rusiya hava məkanı bağlanan ölkələr bunlardır: Avstriya, Albaniya, İngiltərə, Belçika, Bolqarıstan, Britaniyanın Virciniya adaları, Böyük Britaniya, Macarıstan, Almaniya, Cəbəllütariq, Yunanıstan, Danimarka (Qrenlandiya, Farer adaları daxil olmaqla), Cersi, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Şimali Kipr Türk Respublikası, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya, Xorvatiya, Çexiya, İsveç, Estoniya.

Paylaş
Xəbər lentİ