Ukraynanın verdiyi itkilər AÇIQLANDI - DƏHŞƏTLİ RƏQƏMLƏR

Oxunma sayı: 162
3-03-2022, 00:34

Ukraynanın verdiyi itkilər AÇIQLANDI - DƏHŞƏTLİ RƏQƏMLƏR
Rusiya ordusu Ukraynada əməliyyat başlayandan bəri 1502 hərbi obyekti məhv edib.

Arasdırma.info xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov brifinq zamanı bildirib.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin 51 komanda məntəqəsi və 38 ədəd S-300 zenit-raket kompleksi, bir ədəd "Buk M-1" və "Osa" zenit-raket kompleksləri, 51 RLS vurulub.

Rusiyalı general həmçinin deyib ki, 47 yerdə və 11 havada təyyarə, 472 tank və digər zirehli döyüş maşını, 62 reaktiv yaylım atəş sistemi, 206 səhra artilleriya qurğusu və minaatan, 336 xüsusi təyinatlı hərbi texnika, 46 pilotsuz uçuş aparatı məhv edilib.

//baku.vs

Paylaş
Xəbər lentİ