Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib

Oxunma sayı: 109
1-10-2022, 23:44

Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
Yaponiyada 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Miyazaki prefekturasındakı təxminən 50 min nəfər əhalisi olan Niçinan şəhərindən 23 km cənubda yerləşib.

Mənbə 40 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Həmçinin, Sunami təhlükəsi elan edilməyib.

Paylaş
Xəbər lentİ